Gürcüstanın Eks-prezidenti tutuldu

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvil Kiyevdə hüquq-mühafizə orqanları tərəfindən tutulub.

861573
Gürcüstanın Eks-prezidenti tutuldu

Məlumata görə bir müddət əvvəl polis Gürcüstanın sabiq Prezidentinin, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru M.Saakaşvilinin Kiyevdə Kostelnaya, 7 ünvanındakı 32 nömrəli mənzilində axtarış aparıb. M.Saakaşvili isə yaşadığı binanın damına çıxaraq polisi intihar edəcəyi ilə hədələyib. Mixail Saakaşvilinin tərəfdarları siyasətçinin hüquq mühafizə orqanları tərəfindən aparıldığı avtomobilini mühasirəyə alaraq onun irəlləməsinə mane olub. Onlar əvvəlcə avtomobili devirməyə cəhd etsələr də hüquq mühafizə orqanları buna mane olublar. Daha sonra isə onlar avtomobilin qarşısını kəsərək onun irəlləməsinə imkan verməyiblər. Hüquq-mühafizə orqanları etirazçılara mane ola bilmir.

 



Әlaqәli Xәbәrlәr