PKK və PYD/YPG-nin Suriyadakı silah anbarları müəyyən olundu

Separatçı terror təşkilatı PKK və onun Suriya qolu PYD/YPG Suriyanın şimalını silah anbarı olaraq istifadə edir.

859332
PKK və PYD/YPG-nin Suriyadakı silah anbarları müəyyən olundu

Separatçı terror təşkilatı PKK və onun Suriya qolu PYD/YPG Suriyanın şimalını silah anbarı olaraq istifadə edir.

Amerika Birləşmiş Ştatlarının Mərkəzi Qüvvələr Komandanlığı- CENTCOM-un təşkilata verdiyi silahlar terror təşkilatı tərəfindən işğal edilmiş ərazilərdə yerləşən 13 anbarda saxlanır.

Təşkilatın silah anbarları və silah nəqli marşrutu müəyyən olundu.

Terror təşkilatı ABŞ-ın hərbi yardımlarını Suriya-İraq sərhədindəki Simelka qapısından, Hasekedə qurduğu Rümeylan  və Hələbin şərqindəki Harab Işk bazalarından alır.

Hərbi sursat havadan və qurudan daşınır.

Müəyyən olunan ən böyük anbarlar isə Harab Işk və Çələbiyyədəki  anbarlardır.

Bölgədəki ABŞ bazaları da eyni zamanda, silah anbarlarıdır.

ABŞ təhlükəsizlik təşkilatları hərbi yardım etməklə yanaşı, 2 min ABŞ hərbçisi ilə 10 məntəqədə terror təşkilatı ilə fəal əməkdaşlıq edir.

Suriyada terror təşkilatı PYD və PKK-nın əlində çox sayda ağır silah, ABŞ istehsalı olan anti-tank raketləri, hərbi və zirehli nəqliyyat vasitələri vardır.

 

 

 



Әlaqәli Xәbәrlәr