Suriya Milli Dialoq Konqresinin növbəti toplantısı təxirə salındı
Məlumatı Rusiyanın “RİA Novosti” xəbər agentliyi yayıb.
Rusiyanın Soçi şəhərində gələn aya planlaşdırılan Suriya Milli Dialoq Konqresi fevral ayına qədər təxirə salınıb. Məlumatı Rusiyanın “RİA Novosti” xəbər agentliyi yayıb. Təxirəsalınma səbəbi konqreslə bağlı işlərin hələ davam etməsilə bağlı izah edilib.
Türkiyə, İran və Rusya tərəfindan keçən həftə keçirilən birgə bəyannamədə Suriya prezidenti Bəşər Əsəd və müxalifətin də iştirak edəcəyi Milli Dialoq Konqreslə bağlı məlumat verilmişdi. Bəyannamədə, eyni zamanda, Suriyanın, o cümlədən, Türkiyənin suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyünə ziyan vurmağa çalışan separatçı terror təşkilatı PKK/PYD-nin də adı çəkilmişdi.
Әlaqәli Xәbәrlәr
İraqdakı Kor-Mor təbii qaz yatağı hədəf alınıb, ölən və yaralananlar var
Hücumdan sonra Kor-Mor təbii qaz yatağında yanğın baş verib.