"Kərkük bütün etnik və məzhəbi qrupları qucaqlayan kiçik İraqdır", F.Məsum

Kərkükə gedən İraq prezidenti Fuad Məsum şəhərə yeni icra başçısı təyin edilməsi lazım olduğunu söyləyib.

856270
"Kərkük bütün etnik və məzhəbi qrupları qucaqlayan kiçik İraqdır", F.Məsum

  Kərkük icra hakimiyyətində başçı vəzifəsini əvəz edən müavin Rakan Said Cuburi və Rayon Məclis üzvləri ilə bir araya gələn ölkə prezidenti görüşlərdən sonra keçirilən mətbuat konfransında çıxış edərək deyib:

  “Kərkükdə yeni yerli seçkilərə qədər Rayon Məclisi vəzifəsinə davam edəcək. İcra başçısı vəzifəsinə səsvermə ilə Kərkük Rayon Məclisinin üzvlərindən birinin təyin olunması lazımdır… Mübahisəli bölgələrin statusu ilə bağlı isə İraq Konstitusiyasının 140-ci maddəsi əsasdır və tətbiq edilməlidir… Kərkükdə bütün millətlərin harmoniya və sülh içində yaşaması dövlətin prioritetlərindən biridir. Heç bir tərəf digərindən üstün deyil. Qardaşlıq şəhəri kimi tanınan Kərkükdə yenə əmin-amanlıq hakim olmalıdır… Kərkük bütün etnik və məzhəbi qrupları qucaqlayan kiçik İraqdır. Şəhərin təhlükəsizliyini yalnız dövlət polis təmin edəcək. Ehtiyac olarsa, İraq ordusundan kömək qüvvə göndəriləcək".

 



Әlaqәli Xәbәrlәr