Rusiya Müdafiə Nazirliyi: ABŞ DEAŞ-ın üzərini faktiki şəkildə örtür”

Rusiya Müdafiə Nazirliyi ABŞ-ın Suriyada terror təşkilatı DEAŞ-ın “üzərini faktiki şəkildə örtdüyünü” irəli sürüb.

847405
Rusiya Müdafiə Nazirliyi: ABŞ DEAŞ-ın üzərini faktiki şəkildə örtür”

Rusiya Müdafiə Nazirliyi ABŞ-ın Suriyada terror təşkilatı DEAŞ-ın “üzərini faktiki şəkildə örtdüyünü” irəli sürüb.

Nazirliyin açıqlamasında Rusiyanın daha əvvəl terror təşkilatı DEAŞ-ın nəzarətindəki Elbu Kamala istiqamətli hava hücumlarına ABŞ tərəfindən mane olunmağa cəhd göstərildiyi irəli sürülüb.

Açıqlamada bildirilib ki, son baş verənlər ABŞ-ın Orta Şərqdə terrorla mübarizə etmək əvəzinə “müharibə edirmiş kimi görünməyə cəhd göstərdiyini ortaya qoydu”.

BBC-nin özəl araşdırması DEAŞ mənsubu 250 terrorçu ilə ailələrinin ABŞ-ın dəstəklədiyi terror təşkilatı PKK/PYD/YPG-nin birgə əməliyyatı ilə Rakkadan təhlükəsiz şəkildə çıxarıldığını ortaya qoymuşdu.

Rusiyanın Suriyadakı qüvvələrinin komandiri  general Sergey Surovikin də terror təşkilatı PKK-YPG-nin DEAŞ-ın toqquşmadan Rakkadan çəkilməsi üçün təşkilat liderləri ilə razılaşdığını və dünya ictimaiyyətinə səhv məlumat ötürülməsi üçün şiddətli toqquşmalar yarandığı barədəki xəbərlər yayıldığını bildirmişdi.



Әlaqәli Xәbәrlәr