İraq-İran sərhədində baş verən zəlzələ nəticəsində həlak olanların sayı 407 nəfərə çatıb

Bölgədə evləri dağınlan minlərlə iranlı gecəni çadırlarda keçirib.

846849
İraq-İran sərhədində baş verən zəlzələ nəticəsində həlak olanların sayı 407 nəfərə çatıb

İraq-İran sərhədində noyabrın 12-də baş verən zəlzələ fəlakətinin nəticəsində həlak olanların sayı 407 nəfərə çatıb.

İranın dövlət televiziyasında açıqlama verən Milli Böhrana nəzarət Təşkilatının müdir müavini Behnam Saidi ölənlərin sayının 407-yə, yaralananların sayının isə 6 min 700-ə çıxdığını söyləyib.

Təşkilatın müdiri İsmayıl Nəccar isə dağıntının geniş bir bölgədə olmasının axtarış-xilasetmə işlərinə mənfi təsir etdiyini bildirib.

Bölgədə evləri dağınlan minlərlə iranlı gecəni çadırlarda keçirib.



Әlaqәli Xәbәrlәr