Ukraynada millət vəkilinə sui-qəsd edilib

Ukraynanın paytaxtı Kiyevdə sağcı partiyanın deputatı İqor Mosiyçuka qarşı sui-qəsd edilib.

834449
Ukraynada millət vəkilinə sui-qəsd edilib

Radikal Partiyasının millət vəkili Kiyevdə baş verən partlayışda yaralanıb.
Deputat,"Espresso" telekanalının binasından çıxarkən partlayış olub. Mosiyçukun yaralanıb.

Ukrayna Daxili İşlər nazirinin müşaviri Anton Geraşenkonun verdiyi məlumata görə, partlayış zamanı 1 nəfər ölüb. O, Mosiyçuk da daxil olmaqla 3 nəfərin xəstəxanaya yerləşdirildiyini əlavə edib.

Nazirin müşaviri Zoryana Şkiryaka isə bir nəfərin öldüyünü, 2 nəfərin yaralandığını vurğulayıb. Anton Geraşenko isə sosial şəbəkədə insidenti terakt kimi dəyərləndirib və deputatdan başqa onun cangüdəninin və politoloq Vitali Balanın da yaralandığını açıqlayıb.


 



Әlaqәli Xәbәrlәr