"Onların referendumu ləğvdən başqa seçimləri yoxdur", H.İbadi

İraqın Baş naziri Heydər İbadi Türkiyədən İrana keçdi.

834851
"Onların referendumu ləğvdən başqa seçimləri yoxdur", H.İbadi

   Heydər İbadi İranda prezidentin birinci müavini İshaq Cahangir tərəfindən rəsmi mərasimlə qarşılanıb. Sonra ikitərəfli və heyətlərarası görüşlər olub. İ.Cahangir və H.İbadi etdikləri şərhlərdə iki ölkə arasındakı tarixi, dini və mədəni bağlara diqqət çəkərək əlaqələrin genişləndirilməsi lazım olduğundan bəhs ediblər.

  İ.Cahangir etdiyi çıxışında deyib: “İraqın öz ərazi bütövlüyü üçün DAEŞ-ə qarşı apardığı qətiyyətli mübarizə və əldə etdiyi qələbəyə görə İraq hökuməti və xalqını təbrik edirik."

  İraqın Baş naziri H.İbadi də öz növbəsində İraqın ərazi bütövlüyünü təmin etmək üçün səy göstərdiklərinə görə İran və Türkiyə ilə iş birliyindən məmnuniyyət duyduğunu bildirib.

  İraq Kürd Regional İdarəçiliyinə toxunan Heydər İbadi deyib: “25 Sentyabr qeyri-qanuni referendumunu ləğv etməkdən başqa seçim yoxdur. Bərzani referendum nəticələrini “dondurmaq”la bağlı dialoq və sülh təklifini rədd etdik. Biz və onlar Konstitusiyaya hörmət edərək referendumu ləğv etməlidir.”

  İrana etdiyi bir günlük səfəri çərçivəsində İraqın Baş naziri İran lideri Əli Xameneyi ilə də bir araya gəlib.



Әlaqәli Xәbәrlәr