Kәrkükdәn 57 min mülki şәxs köç edib

Bu barәdә İKRR Daxili İşlәr Nazirliyi yanında fәaliyyәt göstәrәn Birgә Böhran Koordinasiya Mәrkәzi mәlumat yayıb.

830683
Kәrkükdәn 57 min mülki şәxs köç edib

İraq Kürd Regional Rәhbәrliyi Kәrkükdә baş verәn hadisәlәr sәbәbindәn 57 min mülki şәxsin Әrbil vә Süleymaniyyә şәhәrlәrinә köç etdiklәrini bildirib.

İKRR Daxili İşlәr Nazirliyi yanında fәaliyyәt göstәrәn Birgә Böhran Koordinasiya Mәrkәzinin Twitter vasitәsilә verdiyi açıqlamada Kәrkükdә yaşanan hadisәlәrә görә 16 min ailәnin  köç etdiyi qeyd olunub.

Açıqlamada hәmçinin bәzi ailәlәrin natamam binalara vә dövlәt qurumlarına yerlәşdirildiyi vә humanitar yardıma ehtiyac duyulduğu vurğulanıb.



Әlaqәli Xәbәrlәr