Pentaqon tərəfləri gərginliyi dərinləşdirən addımlardan imtina etməyə çağırdı

ABŞ Müdafiə Nazirliyi İraqın Kərkük şəhərində gərginləşən vəziyyətlə əlaqəli olaraq tərəfləri gərginliyi dərinləşdirən addımlardan imtina etməyə çağırdı və İraqın torpaq bütövlüyündən tərəf olduğunu bildirdi.

827397

Pentaqonun Orta Şərq məsələləri üzrə sözçüsü mayor (binbaşı) Rankine Qallovey “Bütün tərəfləri gərginliyi artıran addımlardan imtina etməyə çağırırıq. Hansı tərəf olarsa olsun zorakılıqdan istifadə edilməsinin əleyhinəyik. Terror təşkilatı DEAŞ ilə mübarizəyə mane olacaq və İraqın sabitliyinə zərər verəcək addımlar atılmaması üçün xəbərdarlıq edirik.”deyib.

Ölkəsinin İraqın torpaq bütövlüyündən tərəf olduğunu bildirən Qallovey bildirib ki, İraq Kürd Regional Rəhbərliyinin talesiz təktərəfli referendum qərarına baxmayaraq davam edən gərginliyi aradan qaldırmaq və uzun müddətdir mövcud olan problemlərin İraqın əsas qanunları çərçivəsində həll edilməsi üçün ən uyğun seçim dialoqdur.

ABŞ-ın DEAŞ ilə mübarizəni diqqət mərkəzində saxladığını ifadə edən sözcü bölgədəki bütün tərəfləri də DEAŞ ilə mübarizəyə diqqət yetirməyə çağırıb.

Әlaqәli Xәbәrlәr