"Referendumu heç kəslə müzakirə etməyəcəyik", H.İbadi

İraqın Baş naziri Heydər İbadi İraq Kürd Regional İdarəçiliyinin 25 sentyabr referendumunun qeyri-qanuni olduğunu təkraralayaraq dialoqun mümkün olmayacağını bildirib.

824440
"Referendumu heç kəslə müzakirə etməyəcəyik", H.İbadi

   Paytaxt Bağdadda hökumət binasında keçirdiyi mətbuat konfransında çıxışı zamanı H.İbadi deyib: “İraqın birlik və bərabərliyinə, dövlət konstitusiyasına hörmət referendumun ləğvinə bağlıdır. Referendumu heç kəslə müzakirə etməyəcəyik və bu, ləğv edilmədən müzakirələr də olmayacaq".

  H.İbadi onu da bildiirb ki: “Mübahisəli ərazilərdə təhlükəsizliyi təmin etmək mərkəzi hakimiyyətin səlahiyyətinə daxidir. Peşmerge qüvvələrini federal hakimiyyət qüvvələrilə qarşıdurmaya getməməyə çağırıram.

  İraq Kürd Regional İdarəçiliyində olan torpaqlardakı mobil telefon operatorları da Bağdad qərarlarına tabe olacaq.

  Neft məsələsinə gəlincə, İraqdakı neftin hamısı İraq xalqınındır.

  Son zamanlar gündəmə konfederasiya iddiaları gətirilir. Konfederasiya mövzusu konstitusiyanın dəyişdirilməsi və Məclisin üçdə birinin razılığını tələb edən bir vəziyyətdir. Amma bu, olmayacaq. Bütün dünya liderləri İraq federal hakimiyyətinin ölkə ərazisində nəzarəti bərpa etmək missiyasını dəstəkləməlidir”.



Әlaqәli Xәbәrlәr