“Nüvə razılaşmasının pozulmasını istəmərik”: İran

2015-ci il BMT-nin daimi üzvləri (P5 + 1) və Aİ ilə İran arasında imzalanan nüvə razılaşmanın pozulmasını istəmirik. Bunu İranın nüvə enerjisi agentliyinin rəhbəri Əli Əkbər Salehi deyib.

824497
“Nüvə razılaşmasının pozulmasını istəmərik”: İran

İtaliyanın paytaxtı Romada təşkil edilən və Avropa Atom Enerjisi agentliyinin yaranmasının 60-cı ildönümü münasibətilə tərksilah, nüvə silahlarının ixtisarı, təhlükəsizlik və elmi əməkdaşlıq məsələlərinin müzakirə edildiyi ‘Edoardo Amaldi’ Konfransında çıxış edən Əli Əkbər Salehi nüvə razılaşması və ABŞ-ın razılaşma ilə əlaqəli açıqlamalarına münasibət bildirib. Razılaşmanın əhəmiyyətinə diqqəti çəkən Salehi, bunun pozulmasını istəmədikləni qeyd edib. ABŞ hökumətinin, müqavilədən  çəkiləcəyik, sözlərinə reaksiya verən Salehi: “ABŞ-ın razılaşmadan çəkilməsi, İranın hazırda izlədiyi siyasətdə ciddi təsir edər. Həmçinin ABŞ-ın beynəlxalq etibarına zərbə endirər. Məntiq çərçivəsində addım atılmasını arzulayıram”.

Digər tərəfdən Konfransın dünən təşkil edilən açılış iclasına qatılan Beynəlxalq Atom Enerjisi agentliyinin Baş direktörü Yukiya Amano, İranın nüvə razılaşması ilə əlaqəli öhdəliklərinə sadiq qaldığını vurğularkən, İttifaqın Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federica Mogherini də bütün tərəflər müqavilənin qorunması uğrunda səy etməlidir deyib.



Әlaqәli Xәbәrlәr