Geri Qəbul razılaşmasına, 13 üzv ölkə riayət etmir

Avropa Komissiyasının, 2016-ci ildǝ Türkiyə-Aİ arasında imzalanan geri qəbil razılaşmasına dair açıqladığı 7-ci hesabatda qeyri-qanuni miqrant köçü və Türkiyənin bu sahədə verdiyi mübarizə ilə əlaqəli əhəmiyyətli məlumatlar əks edib.

818016
Geri Qəbul razılaşmasına, 13 üzv ölkə riayət etmir

Hesabata görə, Türkiyədəki Suriyalı qaçqınlardan 8 min 834-ü İttifaqa üzv 15 ölkədə yerləşdirilib. Alyansa üzv 13 ölkə isə Türkiyədən qaçqın qəbul etməyib. Bu ölkələr arasında Bolqarıstan, Xorvatiya, Çexiya, Danimarka və Böyük Britaniya da iştirak edir.

Digər tərəfdən Yunanıstandan Türkiyəyə göndərilən Suriyalı və digər sığınacaq axtaranların sayı isə min 896 olub. 9 sentyabr 31 Avqust 2017 tarixləri arasında Türkiyədən Yunanıstana keçməyə cəhd edən qaçqınların sayı isə azalaraq günlük 93 nəfərə enib.

Türkiyə-Aİ müqaviləsi əvvəlində min 150 qaçqının Egeydə öldüyü və ya itdiyi bildirilən hesabatda, razılaşmadan sonra bu rəqəmin 113-ə endiyi bildirilib.

2016-2017 tarixində , Aİ-nin Türkiyəyə verəcəyi 3 milyard Avronun 1 milyard 664 milyon Avroluq hissəsinin 48 fərqli layihə üçün ayrıldığına diqqət çəkilən hesabatda, bu məbləğin yalnız 838 milyon avrosunun Türkiyəyə ödəndiyi qeyd edilib.



Әlaqәli Xәbәrlәr