‘‘Tәhlükәsizliyimizә tәhdit tәşkil edәnlәrә qarşı qabağlayıcı addımlar atacağıq’’

Bu sözlәri İraqın baş naziri Heydәr әl-Abadi deyib.

815655
‘‘Tәhlükәsizliyimizә tәhdit  tәşkil edәnlәrә qarşı qabağlayıcı addımlar atacağıq’’

İraqın baş naziri Heydәr әl-Abadi  ölkәnin әrazi-bütövlüyü vә tәhlükәsizliyinә tәhdit tәşkil edәnlәrә qarşı qabağlayıcı addımlar atacaqlarını deyib

Nazirlәr Kabinetinin mәtbuat xidmәtindәn verilәn bәyanatda Heydәr әl-Abadi vә Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığının olduğu bildirilib.

Mәlumata görә, Heydәr әl-Abadi telefon danışığında hәmsöhbәtinә bildirib ki:  ‘‘İlkin prioritetimiz xilasetmә әmәliyyatlarını başa çatdırmaq vә bütün İraq vәtәndaşlarının tәhlükәsizlik vә sabitliyini tәmin etmәkdir’’

Fransa prezidenti Makron da öz növbәsindә  İraqın birliyi və sabitliyini dəstəklədiklərini və İraq Kürd Regional Rəhbərliyinin  qeyri-qanuni referandumunu qәbul etmәdiklәrini  bildirib.



Әlaqәli Xәbәrlәr