Ərəb Birliyi İraqdakı qeyri-qanuni müstəqillik referendumu barədə bəyanat yaydı

Ərəb Birliyi İraq Kürd Regional Rəhbərliyi tərəfindən qanunsuz müstəqillik referendumunun keçirilməsini təəssüflə qarşıladı.

814789

 Ərəb Birliyinin baş katibi Əhməd Əbu Gayt tərəfindən yayılan bəyanatda mümkün toqquşmadan qaçmaq və İraqın bölünməsinə mane olmaq üçün konsensus qapısının hələ də açıq olduğu  vurğulanır.
 
 Əbu Gayt bəyanatda:"İraq dövlətində maraqlı tərəflərin ortaya çıxacaq nəticələrin aradan qaldırılması üçün müdriklik və məsuliyyət anlayışı ilə  lazım olan addımları atmaları üçün hələ fürsət var"deyə bildirir.
 
Baş katib bəzi tərəflərin böhranı və bölünməni dərinləşdirmək marağını güddüklərini qeyd edir, bölgə xalqının maraqlarının ərazi bütövlüyü qorunmuş federal İraq dövlətinin damı altında  təmin olunacağını vurğulayır.
 
 İraq hökuməti İraq Kürd Regional Rəhbərliyinin  keçirdiyi müstəqillik referendumunu  2005-ci ildə qəbul olunmuş konstitusiyaya zidd olduğu üçün qeyri-qanuni hesab edib və nəticələrini tanımadığını bildirib.

Әlaqәli Xәbәrlәr