İdlib şəhərindən qaçışlar davam edir

Suriyanın Türkiyə sərhədindəki İdlib şəhərində 8 gündür hava hücumlarına məruz qalan minlərlə dinç sakin sərhəddə axışır.

815466
İdlib şəhərindən qaçışlar davam edir

İdlibin cənubundakı Bidamə, Əl Beşiriyə, Əl Sırmeniyyə, Əl Zahır, Əl Sığır Hity və Əl Hamamə kəndlərində minlərlə insan bu gün səhərdən evlərini tərk etməyə başlayıb.

İdlibin cənub  hissəsindən, nisbətən təhlükəsiz olan şimal ərazilərə köç davam edərkən, bir çox insan da Türkiyənin Hatay vilayətinin Yayladağı qəsəbəsinin qarşısında yerləşən Hırbiticöz ilə Zof kəndlərindəki düşərgələrə pənah aparır.

Qeyd edək ki, 19 Sentyabrdan bəri Rusiya və Bəşər Əsəd rejimi İdlibin cənubuna bomba yağdırır. Bölgədəki xəstəxana və məktəblərə də avia hücum təşkil edilir. Hücumlar nəticəsində 8 gün ərzində 70-dən çox dinç sakin həyatını itirib.



Әlaqәli Xәbәrlәr