Habur sərhəd qapısında hərbi təlim davam edir

18 Sentyabrda Türk silahlı qüvvələrinin Şırnak vilayətinin Silopi rayonundakı Habur Sərhəd Qapısı yaxınında başlatdığı hərbi təlim davam edir.

812314
Habur sərhəd qapısında hərbi təlim davam edir

İraq sərhədindəki Habur Sərhəd darvazasına təxminən 3 kilometr məsafədə hərbi təlimin keçirildiyi ərazi genişlədilir və yeni səngərlər qazılır.

Əsgərlər, qazılan yerlərdə yerləşdirilmiş  zirehli vəsaitlərdə hazır vəziyyətdə gözləyərkən, bir sıra əsgər də təlim sahəsinin təhlükəsizliyinin təmini üçün keşik çəkirlər.

Qeyd edək ki, təlim sahəsində ehtimal olunan hər cür hadisəyə qarşı təcili müdaxilə  mərkəz də yerləşir.

Baş qərargahı rəisliyinin məlumatına görə, hərbi təlim ilə yanaşı terrora qarşı mübarizə çərçivəsində əməliyyatlar da davam edir.



Әlaqәli Xәbәrlәr