İbadi: “Müstəqillik referendumu leğv edilməli”

İraq Kürd Regional Rəhbərliyi 25 Sentyabrda keçirilməsi planlaşdırılan müstəqillik referendumunu təxirə salmaq yox, ləğv etməlidir. Bunu İraq Baş naziri Heydər Əl-İbadi deyib.

810385
İbadi: “Müstəqillik referendumu leğv edilməli”

Baş nazir İbadi, Bağdaddakı hökumət sarayında yerli və beynəlxalq mətbuat orqanlarının nümayəndələrini qəbulu zamanı : "Şimaldan Cənuba bütün İraq xalqı konstitusiyamızı təsdiq edib. Dövlətin bütün müvafiq orqanları referendumun bu konstitusiyaya zidd olduğu mövzusunda birgə qərar qəbul ediblər. Hər kəs bu qərara sadiq qalmalıdır. Biz referendumu qəbul etməyəcəyik. Nə vaxt və hansı bölgədə olarsa olsun buna icazə vermiyəcəyik. İraq Kürd regional rəhbərliyinin referendum ilə bağlı ifadələri təhlükəl doğuracaq. Biz kürd liderlərlə Bağdadda dialoqa həmişə hazırıq. Referendum ilə ölkəni zəiflətmək məqsəd götürülüb. Sabiq lider Səddam Hüseynin səhvləri bu gün də tekrarlanır. Biz qonşu ölkələrin təhlükəsizliyini pozmaq istəmirik. Məsələni güzəştsiz həll etməyə hazırıq. Səhvə yol verən mərkəzi İraq hökuməti yox, İraq regional kürd rəhbərliyidir.

İraq Baş naziri İbadi prezident Rəcəb Tayyib Ərdoğan ilə mövzunu müzakirə etdiklirini xatırladaraq: "Cənab preziden Ərdoğan ilə telefonda səmərəli söhbətimiz oldu. Digər Türk rəsmilərlə də eləcə. Mövzu ilə əlaqli Türkiyə ilə güçlü əməkdaşlıq edirik. Türkiyənin müstəqillik referendumuna dair fikirləri aydındır. Rəsmi Ankaranın bu rəftarını yüksək qiymətləndirir və məmnuniyyət duyuruq”.



Әlaqәli Xәbәrlәr