İran qanun layihesini təsdiqlədi
ABŞ-ın sanksiya qərarı qarşısında addım atan İran öz raket proqramını inkişaf etdirəcək qanun layihesini təsdiqlədi.
ABŞ-ın sanksiya qərarı qarşısında addım atan İran öz raket proqramını inkişaf etdirəcək qanun layihesini təsdiqlədi.
Məlumata görə, İran parlamenti ölkənin ballistik raket proqramının hazırlanmasına 520 milyon dollar vəsaitin ayırılmasını nəzərdə tutan anti-Amerika qanun layihəsini qəbul edib. İclasda iştirak edən 247 deputatdan 240-ı layihənin lehinə səs verib.
520 milyon dollar vəsait ballistik raket proqramının hazırlanması, eləcə də İran İnqilab Keşikçiləri Qvardiyasının xaricdəki əməliyyatlarının genişləndirilməsi üçün nəzərdə tutulub.
Xəbərdə bildirilib ki, sənəddə müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, terrorçuluğa qarşı fəaliyyətə, diplomatik imkanların gücləndirilməsinə, kəşfiyyatın fəallığının artırılmasına, bölgədə sabitliyin təmin olunmasına, qvardiyanın dəstəklənməsinə və İranın nüvə zərbələrindən müdafiə imkanlarının artırılmasına 5 milyard dolların ayırlması nəzərdə tutulub.
İran Məclisinin sözçüsü Əli Laricani açıqlamasında deyib ki, amerikalılar bilməlidir ki, bu bizim ilk addımımızdır.
Xatırladaq ki, bu il avqustun 2-də ABŞ Prezidenti Donald Tramp Rusiya, İran və Şimali Koreyaya sanksiyanın tətbiq edilməsi haqqında qanunu imzalayıb. Həmin sənəddə İranın 18 təşkilatı və fiziki şəxsinə sanksiya tətbiq edilir.
Rəsmi Tehran isə bu sanksiyaları pisləyərək, ABŞ-lı şəxslərə və şirkətlərə qarşı sanksiya tətbiq edəcəyini elan etmişdi.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir