Rakkada iki ayda 946 mülki vətəndaş ölüb

Suriyanın şimalında terör təşkilatı DEAŞ-ın nəzarətində olan Rakka şəhər mərkəzinə təşkil olunan quru və hava hücumlarında iki ayda 946 vətəndaşın öldüyü bildirilir.

788797
Rakkada iki ayda 946 mülki vətəndaş ölüb

 "Rakka Səssiz-səmirsiz Məhv Edilir" adlı yerli aktivist şəbəkəsi Amerika Birləşmiş Ştatlarının rəhbərliyi altındakı DEAŞ əleyhinə koalisiyanın 9 iyun - 8 avqust tarixləri arasında Rakka şəhər mərkəzinə təşkil etdiyi quru və hava hücumlarında  ən azı 946 vətəndaşın həlak olduğunu bildirir.
 
 Aktivist şəbəkəsinin internet saytında  iki aydır su və elektriklərin kəsildiyi Rakkadan təxminən 450 min mülki vətəndaşın da DEAŞ əleyhinə koalisiyanın və PKK/PYD-nin  hücumları üzündən evlərini tərk etdiyi qeyd edilir.
 
 Saytda: "PYD-nin mühasirəyə aldığı Rakkada təxminən 30 min vətəndaş DEAŞ-ın döşədiyi minalar səbəbindən şəhərdən qaça bilmir" deyilir.
 
 Terror təşkilatı PKK/PYD-nin  hücumları üzündən DEAŞ-ın fərqli metodlara əl atdığını bildirən aktivist şəbəkəsi:"DEAŞ  Rakkanı müdafiə etmək üçün canlı bomba aksiyalarını artırıb. Bu ana qədər 60-dan çox canlı bomba hücumu həyata keçirilib" deyə bildirir.



Әlaqәli Xәbәrlәr