Məkkədə yanğın oldu

Səudiyyə Ərəbistanının Məkkə şəhərində 391 zəvvarın qaldığı oteldə yanğın oldu.

785921
Məkkədə yanğın oldu

Məkkə Vədəndaşları Müdafiə İdarəsinin sözçüsü Nayif Şerif Məkkənin Aziziye məhəlləsində Hindistandan gələn zəvvarların qaldığı 7 mərtəbəli otelin 7-ci mərtəbəsində səhər saatlarında yanğın çıxdığı barədə yazılı məlumat verdi.

Məlumatda yanğın zamanı oteldə olan 391 zəvvarın təhlükəsiz şəkildə təxliyyə edildiyi, yanğın nəticəsində ölən və yaralananların olmadığı da bildirilir.

 



Әlaqәli Xәbәrlәr