S.Ərəbistanı vəliəhd Şahzadəsi Məhəmməd Bin Salmana qarşı sui-qəsdə cəhd edilib

İran informasiya agentliyi Farsın məlumatına görə Səudiyyə Ərəbistanı taxtının varisi, vəliəhd Şahzadə Məhəmməd bin Salmana qarşı sui-qəsd təşkil edilib.

784827
S.Ərəbistanı vəliəhd Şahzadəsi Məhəmməd Bin Salmana qarşı sui-qəsdə cəhd edilib

Ərəb dilində nəşr olunan Merat qəzetinin xəbərində isə Şahzadə Məhəmmədə sui-qəsd təşkil edilin səxssi, Səudiyyə Ərəbistanı Kral ailəsi mənsubu başqa bir şahdazada olduğu, Məhəmmədin vəziyyətinin yaxşı olduğu, sui-qəsdçi şahzadənin isə həbs olunduğu bildirilib.

İcmalçılara görə Kral Salman bin Əbdüləziz gözləniləndən daha qısa müddətdə taxtdan ayrılacaq. Adı açıqlanmayan sui-qəsdçi şahzadənin, vəliəhd Şahzadə Məhəmmədin taxta-ı ələ keçirməsinin qarşısını almaq üçün belə  bir  plan  hazırladığı qeyd edilir.

Səud sarayına istinad edilən xəbərlərə görə, Kral Səlman bin Əbdüləziz, oğlu Şahzadə Məhəmmədin özünü əvəz edəcəyini bildirən bir bildiriş hazırlayıb. Həmin sənədin ictimaiyyətə açıqlanması üçün uyğun zaman gözlənilir.

Qardaşı oğlu və sabiq vəliəhd Şahzadə Məhəmməd bin Nayifi ev həbsində tutan Kral Səlmanın avqust ayında xaricə səfər edəcəyi və səlahiyyətlərini oğluna tapşıracağını  deyənlər  də  var.

El Rey əl Yəvm qəzeti isə Kral Salmanın, oktyabr ila dekabr arasında taxta vida edəcəyini yazıb.



Әlaqәli Xәbәrlәr