DEAŞ-ın dırnaqarası üç komandanının öldüyü təsdiqləndi

DEAŞ-ın ölkədən kənardakı hücumları və bomba istehsalından məsul üç quldurbaşının və bir çox dırnaqarası yüksək səviyyəli səlahiyyətlisinin öldüyünü təsdiqlənib.

783442
DEAŞ-ın dırnaqarası üç komandanının öldüyü təsdiqləndi

ABŞ-ın başçılığındakı DEAŞ əleyhinə koalisiya terror təşkilatının ölkədən kənardakı hücumları və bomba istehsalından məsul üç quldurbaşının və bir çox dırnaqarası yüksək səviyyəli səlahiyyətlisinin öldüyünü təsdiqləyib.

Koalisiyanın sözçüsü albay (polkovnik) Ryan Dillon DEAŞ-ın ölkədən kənardakı əməliyyatlarından məsul quldurbaşı Abdul Qafur və köməkçisi Əbu Hammam ilə təşkilatın partlayıcı maddə üzrə mütəxəssisi Əbu Fattumun hava hücumları nəticəsində öldürüldüyünü açıqlayıb.

Dillən İraqın paytaxtı Bağdaddan video konfrans vasitəsilə Pentaqona bağlanaraq terror təşkilatı DEAŞ-a qarşı İraq və Suriyada davam etdirilən əməliyyatlar haqqında məlumat verib.

Dillon öldürülən terrorçuların Qərb ölkələrində hücum planlaşdıran dırnaqarası yüksək səviyyəli təşkilat mənsubları ilə bu ölkələrdəki üzvlərinə bomba istehsalı və təxribat törədəcək aktlar həyata keçirmələri barədə köməklik edən kəslər olduğunu diqqətə çatdırıb.



Әlaqәli Xәbәrlәr