İran kosmosa Simurq daşıyıcı raket buraxıb

İran dövlət telekanalının xəbərinə görə, İran cümə axşamı (27 İyul) günü kosmosa peyk daşıyıcı raket göndərib.

779172
İran kosmosa Simurq daşıyıcı raket buraxıb

Daşıyıcı raketin adının "Simurq" olduğu ifadə edilən xəbərdə, raketin uğurla buraxıldığı və beləliklə İmam Xameneyi Kosmos Mərkəzinin rəsmi açılışının reallaşdığı bildirilib.

İranın illərdir davam edən raket sinaqlarına, ABŞ bu texnologiyanın uzun mənzilli raket istehsalında da istifadə edilə biləcəyini irəli sürərək reaksiya verir.

Bu iddiaları təkzib edən İran isə 2012 və 2013-ci illərdə kosmosa iki dəfə meymun göndərdiyini və meymunların sağ olaraq Dünyaya qayıtdıqlarını bildirmişdi.

 



Әlaqәli Xәbәrlәr