Körfəz böhranı səbəbiylə 12- 15 min heyvan tələf olub

Səudiyyə Ərəbistanının, Qətərli fermerləri deportasiya etməsi səbəbiylə yüzlərlə dəvə susuzluqdan tələf olub.

769020
Körfəz böhranı səbəbiylə 12- 15 min heyvan tələf olub

İki ölkə arasındakı sərhəddən gündə məhdud sayda dəvənin keçişinə icazə verilir. Sahibsiz və ya sahibləri deportasiya edilən dəvələr 50  dərəcə istinin  altında  yollarda  tərk  edilib.

Səid Al Hajar adlı bir fermerin məlumatına görə, Çöldə gözlədilən dəvələr  aç və  susuzluqdan  güclərini itirməyə başlayıblar.

 Hussein Al Marr adlı fərmər də yollarda 100-dən çox dəvə leşi gördüyünü qeyd edir.

Beynəlxalq Heyvan Hüquqları Müdafiəçisi SPANA-nın sözcüsü, heyvanlar və ferma heyvanlarının qarşıdurmaların və siyasi müzakirələrin unudulan qurbanları olduqlarını ifadə edərək: “Daha əvvəl dəfələrlə Somalidə, Malidə və digər bölgələrdə buna bənzər vəziyyət yaşandı. Heyvanlar qida, su, sığınacaq və lazımlı müalicə imkanlarından məhrum edilməməlidilər.



Әlaqәli Xәbәrlәr