Mosulda terror aktı törǝdilib, 32 nǝfǝr ölüb

İraqda, Mosul şəhərinin Köhnǝşǝhǝr bölgəsini tǝrk edǝn dinç sakinlǝrǝ terror tǝşkilatı DEAŞ tǝrǝfindǝn tǝşkil edilǝn hücum nǝticǝsindǝ  32 nǝfǝr hǝyatını itirib.

763917
Mosulda terror aktı törǝdilib, 32 nǝfǝr ölüb

Biri qadın olmaqla 2 komikadze Mosulun Köhnǝşǝhǝr bölgəsini tǝrk edǝn dinç sakinlǝrin arasına daxil olaraq təhlükəsizlik mǝntǝqǝsinǝ çatdıqlarında özünü partladıb. Hadisədə nǝticǝsindǝ 5-i uşaq, 10-u qadın olmaqla 23 nǝfǝr ölüb.

Hadisənin törǝdildiyi yerin, terror təşkilatı DEAŞ üzvü terroristlərin atəş xəttində olması sǝbǝbiylǝ meyidlǝr  toplana bilmir.

Terror tǝşkilatı DEAŞ-ın eyni bölgǝdǝ hǝyata keçirdiyi raket hücumunda isǝ 9 nǝfǝr ölüb.

Digər tərəfdən Amerika Birləşmiş Ştatları liderliyindəki beynəlxalq koalisiya tǝrkibindǝki  hava qüvvələrinin hücumunda 15 İraq polisi həyatını itirib.



Әlaqәli Xәbәrlәr