Kıbrıs müzakirələrinə İsveçrədə yenidən start verildi

Müzakirələr BMT-nin Kıbrıs üzrə xüsusi nümayəndəsi Espen Barth Eidenin (Espen Bart Ayde) ev sahibliyində İsvecrənin Crans-Montana (Kran Montana) qəsəbəsində keçirilir.

761008
Kıbrıs müzakirələrinə İsveçrədə yenidən start verildi

Kıbrıs müzakirələrinə İsveçrədə yenidən start verildi.

Müzakirələr BMT-nin Kıbrıs üzrə xüsusi nümayəndəsi Espen Barth Eidenin (Espen Bart Ayde) ev sahibliyində İsvecrənin Crans-Montana (Kran Montana) qəsəbəsində keçirilir.

Təhlükəsizlik və zəmanətlərlə əlaqəli başlıqların müzakirə olunduğu görüşün ilk hissəsi xeyli müsbət açıqlamalarla yekunlaşıb.

Türkiyə adından yığıncaqlarda iştirak edən Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib ki, biz buraya məsələnin həllə qovuşdurulması məqsədi ilə gəldik. 50 ildir davam edən bu problem artıq həll edilməlidir.

Çavuşoğlunun başçılığındakı Türk heyəti isə adadakı mövcud zəmanət sisteminin nə üçün vacib olduğunu səbəbləri ilə izah edib.

Türk heyəti Kıbrıs Türk tərəfinin keçmişdə yaşadığı acı təcrübələrindən mənbələnən haqlı təşvişlərinin təqdim ediləcək həll prosesində ortaya qoyulacaq təhlükəsizlik və zəmanət sistemi üçün vacib olduğunu vurğulayıb.

Görüşlərdə konfransın sadəcə təhlükəsizlik və zəmanət başlığının müzakirə olunduğu bir yığıncaq olmadığı, adadakı iki tərəf arasında davam etdirilən müzakirələrdə ortaya çıxacaq konstitusiyaya əsaslanan nizamın necə olacağının da aydınlaşdırılmasının vacibliyi dilə gətirilib.

Digər tərəfdən rəsmi Ankara 4 mərhələli plan çərçivəsində Adadan əsgər çəkəcəyinə dair xəbərlərin və bu xəbərlərdə yer tutan əsgər sayındakı faiz nisbəti ilə əlaqəli irəli sürülənlərin də doğru olmadığını açıqlayıb.

BMT Baş katibinin Kıbrıs üzrə xüsusi nümayəndəsi Eide də konfrans davam edərkən yaydığı açıqlamada yaxşı bir başlanğıc olduğunu bildirib.

Crans-Montanada davam edən müzakirələrin iyulun 7-nə qədər davam edəcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr