Səudiyyə ərəbistanı 3 İranlı  əsgəri saxlayıb

Körfəzdəki Qətər böhranından sonra bölgədəki gərginliyin artmasına səbəb olan daha bir addım atıldı.

756241
Səudiyyə ərəbistanı 3 İranlı  əsgəri saxlayıb

Səudiyyə Ərəbistanı İran İnqilab Mühafizləri mənsubu 3 əsgəri, nəzarətə alıb.

İran əsgərlərinin partlayıcı yüklü bir qayıqla sahili sularda tutulduqları bildirilir. Onların Səudiyyə Ərəbistanına məxsus əl Mərcan neft sahəsindəki bir stansiyaya hücum əsnasında tutulduqları irəli sürülüb. Hadisə Cümə günü baş verib. İran isə 3 əsgərinin tutulduğuna dair iddiaları təkzib edib.

 



Әlaqәli Xәbәrlәr