İrandakı bu hadisənin terrorla əlaqəsi yoxdur

İranın paytaxtı Tehranda baş verən turşu hücumunda 16 nəfər yaralanıb.

748312
İrandakı bu hadisənin terrorla əlaqəsi yoxdur

  Hadisənin terrorla əlaqəsi olmadığı açıqlanıb.

  Paytaxtın cənubunda motosikletlə gedən sürücü yol kənarında gözləyən kütlənin üzərinə turşu atıb. Adam tutulub. Məlum olub ki, o, həyat yoldaşı ilə mübahisə edib, hirslənib, sonra evindən gətirdiyi turşulu mayeni yoldaşının da olduğu kütləyə atıb, bu zaman 16 nəfər də xəsarət alıb.

  İran Ədliyyə Nazirliyindən verilən məlumatda bu hadisənin dünənki terror hücumları ilə əlaqəsi olmadığı bildirilir.

  Xatırladaq ki, Tehranda dünən (7 iyun 2017) parlament binası və Xomeyninin türbəsinə təşkil edilən silahlı hücumlarda 12 adam ölüb, 43 nəfər yaralanıb. Hücumu terror təşkilatı DEAŞ boynuna götürüb.



Әlaqәli Xәbәrlәr