İran parlamentinə silahlı hücum

İranın paytaxtı Tehranda parlament binası ilə Xomeyni türbəsi qarşısında silahlı hücum oldu.

747310
İran parlamentinə silahlı hücum

  İranın paytaxtı Tehranda parlament binası və Xomeyni türbəsi qarşısında eyni vaxtda baş verən hücumları terror təşkilatı DAEŞ boynuna götürüb.

  “Tasnim” xəbər agentliyi parlamentdəki silahlı hücum zamanı 7 adamın öldüyü, 4 nəfərin girov alındığını bildirib.

  İran mətbuatı 4 təcavüzkarın “Kalaşnikov” avtomatlarıyla parlament binasına girməyə çalışdığını, mühafizə xidməti və ətrafa atəş açdığını yazır.

  Parlament binasının bir tərəfində təcavüzkarların tutulduğu və binada bir otaqda saxlanıldığı bildirilir. Digər tərəfdən də qeyd edilir ki, parlament binasında girovlar var. Təhlükəsizlik qüvvələri girovların qurtarılması üçün çalışır.

  İranın ingilis dilində yayımlanan televiziyası Press TV isə təcavüzkarlardan birinin siyanür içərək intihar etdiyi xəbərini yayıb.

  Eyni zamanda ikinci hücum İran İnqilabının banisi Xomeyninin türbəsində təşkil edildi. Türbədə bir adam əvvəl ətrafa atəş açıb, sonra özünü partladıb. Beş nəfər yaralanıb.

  “Mehr” xəbər agentliyi Xomeyninin türbəsində özünü partladanın qadın olduğu bildirib.



Әlaqәli Xәbәrlәr