Birləşmiş Ərəb Əmirliklərində Qətər haqqında müsbət fikir söyləmək qadağan olundu

BƏƏ-də Qətərə simpatiya nümayiş etdirənlərə 15 ilə qədər həbs cəzası veriləcək.

747560
Birləşmiş Ərəb Əmirliklərində Qətər haqqında müsbət fikir söyləmək qadağan olundu

Səudiyyə Ərəbistanının Dubaydan yayımlanan televiziya kanalı Əl Arabiyyanın xəbərinə görə, BƏƏ-də sosial mediyada Qətərə simpatiya nümayiş etdirənlərə 15 ilə qədər həbs cəzası veriləcək.

BƏƏ-nin baş prokuroru Həməd Saif Əl-Şəmsi:"İstər sosial media vasitəsilə, istər yazılı, istərsə şifahi, istərsə də vizual olaraq Birləşmiş Ərəb Əmirliklərinə qarşı olub, Qətərə simpatiya göstərdiyini bildirən şəxslərə qarşı qəti tədbirlər görüləcək" dedi.
 
 Baş prokuror Qətər tərəfdarı olan hər hansı bir fəaliyyətə görə 3 ildən15 ilə qədər həbs, və ya ən az 500.000 dirhəm (136 min dollar) pul cəzası tətbiq olunacağını bildirdi.

 

 

 



Әlaqәli Xәbәrlәr