Azərbaycan Ermənistana məxsus iki hərbi hədəfi vurub

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin iki hərbi obyektinin dağıdıldığını bildirib.

743818
Azərbaycan Ermənistana məxsus iki hərbi hədəfi vurub

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində, Ermənistana məxsus bölmənin mühafizə olunan komanda müşahidə məntəqəsi və müşahidə qülləsinin optik qurğusu Azərbaycan bölmələri tərəfindən atəşlə dağıdılıb.

Ermənistan ordusu ötən gün Azərbaycanın bir sıra mülki yaşayış məntəqələrinə atəş açmış, Azərbaycan bölmələri Ermənistan qoşunlarına məxsus bir mövqeyi vuraraq dağıtmışdı.



Әlaqәli Xәbәrlәr