Qəzzadakı enerji problemi regionu yeni böhranın astanasına sürükləyə bilər

Bunu Birləşmiş Millətlər Təşkilatının Orta  Şərq Sülh Prosesi üzrə xüsusi koordinatoru Nickolay Mladenov bildirdi.

740343
Qəzzadakı enerji problemi regionu yeni böhranın astanasına sürükləyə bilər

Birləşmiş Millətlər Təşkilatının Orta  Şərq Sülh Prosesi üzrə xüsusi koordinatoru Nickolay Mladenov Qəzzadakı eneryi probleminin regionu yeni bir böhranın astanasına sürüklədiyi barədə xəbərdarlıq etdi.
 
 Mladenov BMT Təhlükəsizlik Şurasında: "Fələstin problemi, o cümlədən, Orta Şərqdəki vəziyyət" başlıqlı iclasa Qüdsdən video-konfransla qoşularaq üzv ölkələri məlumatlandırdı.
 
 Son bir ayda artan gərginliyin partlayışa hazır bir şərait yaratdığına diqqət çəkən Mladenov BMT Təhlükəsizlik Şurasını gərginliyi azaltmağa yönəlmiş tədbirlərin görülmədiyi təqdirdə böhranın nəzarətdən çıxacağı və bu vəziyyətin həm fələstinlilər, həm israillilər üçün pis nəticələr verəcəyi barədə xəbərdarlıq etdi.
 
 Qəzzadakı enerji böhranına toxunan və Qəzza xalqına aprel ayından bəri gündə yalnız 4 saat elektrik verildiyini qeyd edən Mladenov elektrik probleminin su mənbələri və səhiyyə xidmətlərinə ciddi təsir etdiyini, xəstəxanaların cərrahiyyə əməliyyatları təxirə salmaq məcburiyyətində qaldığını və bu vəziyyətin zorakılıq hadisələrinə təkan verəcəyini bildirdi.
 
Mladenov: "Nə qədər müddət bu şəkildə yaşamağa davam edəcəklərini düşünürsünüz? Bunun doğuracağı zorakılıqdan  yenə kasıb Fələstin xalqı əziyyət çəkəcək" deyə danışdı.
 
 İsrail həbsxanalarında 40 gündür aclıq tətili edən fələstinli məhbusların vəziyyətinin isə son dərəcə narahatverici olduğunu bildirən Mladenov aclıq tətilini keçirən təxminən 60 nəfərin sağlamlıq vəziyyətinin pisləşməsi səbəbindən  xəstəxanaya yerləşdirildiyini qeyd etdi.



Әlaqәli Xәbәrlәr