Cenevrədə Suriya  danışıqlarının 6-cı mərhələsi başa çatdı

Birləşmiş Millətlər Təşkilatının Suriya məsələsi üzrə xüsusi nümayəndəsi Steffan de Mistura mayın 6-da başlayan danışıqların bu mərhələsində ekspertlərin iştirakı ilə keçirilən iclasa kökləndiklərini vurğuladı.

735759
Cenevrədə Suriya  danışıqlarının 6-cı mərhələsi başa çatdı

 
 Birləşmiş Millətlər Təşkilatının Suriya məsələsi üzrə xüsusi nümayəndəsi Steffan de Mistura İsveçrənin Cenevrə şəhərindəki danışıqlarda Nasir əl-Haririnin başçılıq etdiyi müxalifət nümayəndə heyəti və Bəşər Əsəd rejimi heyəti ilə son dəfə ayrı-ayrılıqda görüşdü.
 
 Mistura mayın 6-da başlayan danışıqların bu mərhələsində ekspertlərin iştirakı ilə keçirilən iclasa kökləndiklərini vurğuladı.
 
Bu səbəbdən danışıqların əsasını təşkil edən keçid hakimiyyəti, konstitusiya, seçkilər və terrorizmlə mübarizədən ibarət olan 4 əsas başlıq müzakirə edilmədən bitdiyini bildirən Mistura epspertlərdən ibarət olan iclasın keçirilməsindən razı qaldığını söylədi.
 
 Mistura BMT-nin xüsusi nümayəndəsi, ABŞ və Rusiyanın yüksək səviyyəli nümayəndələri ilə konstruktiv görüşlər keçirdiklərini qeyd etdi.
 
Birləşmiş Millətlər Təşkilatının Suriya məsələsi üzrə xüsusi nümayəndəsi bu toplantılarda Suriya üçün yeni bir konstitusiya layihə hazırlama məqsədi güdmədiklərini  ifadə edərək: "Bunu suriyalılar etməlidirlər"  dedi.
 
 İyun ayının ortasında keçirilməsi planlaşdırılan növbəti mərhələdə 4 əsas başlığın müzakirəsi nəzərdə tutulur. 



Әlaqәli Xәbәrlәr