Yəməndə vəba epidemiyasından ölənlərin sayı artır

Yəməndə aprelin 27-dən bu yana vəbaya yoluxanların 115- i həyatını itirdi.

732275
Yəməndə vəba epidemiyasından ölənlərin sayı artır

 Beynəlxalq Qızıl Xaç Komitəsinin direktoru Dominik Stillhart paytaxt Sanada keçirdiyi mətbuat konfransında ölkədə ciddi vəba epidemiyasının tüğyan etdiyinə diqqət çəkdi.
 
 Stillhart Yəmən Səhiyyə Nazirliyinin məlumatlarına əsaslanaraq ölkənin 14 vilayətində 27 apreldən bu yana 8 min 500 nəfərin vəbaya yoluxduğunu, 115 nəfərin də epidemiya səbəbiylə həyatını itirdiyini söylədi.
 
 Ebyen Xalq Sağlamlığı və Əhali İdarəsinin müdiri Əli Mənsur Hanşel də şəhərdə son üç gün ərzində şiddətli ishal şikayətiylə xəstəxanaya gələnlərin 182-yə  yüksəldiyini bildirdi.
 
Cümə günü  Dünya Səhiyyə Təşkilatı (WHO)   Yəmənin müxtəlif vilayətlərində vəbaya yoluxan 51 nəfərin öldüyünü bildirilmişdi.

Dünya Səhiyyə Təşkilatından məlumatlarına görə, keçən ilki epidemiyada ölkədə 21 min nəfər xəstəliyə yoluxmuş, 103 nəfər də həyatını itirmişdi.



Әlaqәli Xәbәrlәr