Mosulda terror aktı:9 polis həlak oldu,3-ü yaralandı

İraqın Mosul şəhərinin qərbində terror təşkilatı DEAŞ-ın 4 bomba yüklü avtomobillə təşkil etdiyi hücumunda 9 polis həlak oldu, 3 polis yaralandı.

727178
Mosulda terror aktı:9 polis həlak oldu,3-ü yaralandı

İraqın Mosul şəhərinin qərbində terror təşkilatı DEAŞ-ın 4 bomba yüklü avtomobillə təşkil etdiyi hücumunda 9 polis həlak oldu, 3 polis yaralandı.
 
 Vadi Ukab sənaye bölgəsində polis qüvvələrinin olduğu nöqtələrə 4 bombalı maşınla təşkil olunan hücumda ağır pulemyot yüklü iki nəqliyyat vasitəsi yararsız hala düşdü.
 
İraq dövlət televiziyası Mosulun şimal-qərbidəki Muşeyrafetul Ula məhəlləsinin DEAŞ-dan azad edildiyini bildirdi.
 
 Digər tərəfdən, İraq qüvvələri ölkənin şərqində yerləşən Diyalanın bəzi bölgələrində terror təşkilatı DEAŞ-a qarşı geniş miqyaslı hərbi əməliyyata başladı.
 
 Terror təşkilatı DEAŞ İraqın ikinci böyük şəhəri Mosulu 2014-cü ilin iyun ayında nəzarətə almışdı. İraq qüvvələri  2016-cı ilin noyabrında şəhərin şərq hissəsini geri alıb. Fevralın 19-da isə Mosulun qərbinin xilasetmə əməliyyatı başlayıb.


Etiketlәr: #İraq , #Mosul , #terror aktı

Әlaqәli Xәbәrlәr