UNESCO mühüm bir qərara imza atdı

Parisdə toplanan UNESKO-nun İdarə Heyəti İsraili "işğalçı qüvvə" kimi xarakterizə etdi.

724556
UNESCO mühüm bir qərara imza atdı

 Parisdə toplanan UNESKO-nun İdarə Heyəti İsraili "işğalçı qüvvə" kimi xarakterizə etdi.
 
 UNESKO Sudan, Qətər, Oman, Mərakeş, Livan, Misir və Əlcəzair tərəfindən hazırlanan "İşğal Edilmiş Fələstin" qərar layihəsini qəbul etdi.
 
 Layihədə Qüdsün müsəlmanlar, xristianlar və yəhudilər üçün müqəddəs bir şəhər olduğu ifadə edilir. "İşgalci qüvvə İsrail" tərəfindən Qüdsün quruluşunu dəyişdirməyə yönələn hər növ hüquqi ,və ya inzibati aktın etibarsız sayılması və ləğv edilməsi tələb olunur.
 
 Layihədə, eyni zamanda, İsraildən Qüdsdə hüquqa zidd  fəaliyyətlərinə son verməsi tələb olunur.
 
 Bunlar arasında tunel qazma, insanların üstlərinin qanunsuz olaraq aranması və qanunsuz məskunlaşma fəaliyyətləri xüsusilə qeyd olunur.
 
 Aralarında Braziliya, Çin, Rusiya və İsveçin də olduğu 22 ölkə layihənin lehinə səs verdi.
 
 Amerika Birləşmiş Ştatları, Almaniya, Böyük Britaniya, İtaliya və Hollandiyanın da aralarında olduğu  10 ölkə isə layihənin əleyhinə səs verdi.
 
 Fələstin İslami Müqavimət Hərəkatı- Hamas UNESKO-nun qərarını razılıqla qarşıladı.
 
 Həmasın sözçüsü Əbdüllətif el-Kanu bu qərarın ərəb ölkələrində, İslam dünyasında və beynəlxalq ictimaiyətdə həyata  keçirilməsi üçün çalışılmasına və Məscidül - Əqsanın yəhudiləşdirilməsi üçün edilən hər növ aksiyaların dayandırılmasına çağırdı.
 
 İsrailin baş naziri Benyamin Netanyahu isə qərarı "absurd" adlandırdı.
 



Әlaqәli Xәbәrlәr