İsrail Dǝmeşq hava limanına hücum tǝşkil edib

Suriyanın paytaxtı Dǝmuşqdǝki hava limanının yaxınlığında güçlü partlayış olub. Partlayış nǝticǝsindǝ bölgǝdǝ yanğın baş verib.

721472
İsrail Dǝmeşq hava limanına hücum tǝşkil edib

Partlayışa nǝyin sǝbǝb olduğu haqqında konkret mǝlumat yoxdur. Ancaq Livan mediasına istinadǝn verilǝn xǝbǝrlǝrdǝ İsrailin aviahücumları nǝticǝsindǝ reallaşdığı bildirilir.

Mǝlumata görǝ bölgədə Hizbullaha mǝxsus silah-sursat anbarına aviazǝrbǝlǝr endirilib.

Qeyd edǝk ki, İsrail, Suriyadan Livana silah göndǝrildiyini irǝli sürǝrǝk daha ǝvvǝl dǝ  dəfələrlə Dǝmeşq hava limanı ǝtrafı ilǝ Dǝmuşq- Beyrut zǝmini yolu hǝdǝf götürǝn hücumlar hǝyata keçirmişdi.



Әlaqәli Xәbәrlәr