İdlibdə xəstəxana və təcili yardım maşınları bombalandı

Suriyanın İdlib şəhərinin Maaret əl-Numan qəsəbəsi ərazisinə edilən hava hücumunda 4-ü səhiyyə işçisi olmaqla, 11 mülki vətəndaş həlak oldu, ən az 18 mülki vətəndaş yaralandı.

721534

İdlibin Maaret əl- Numan mülki müdafiə əməkdaşı Ubade Zikre Deyr Şarki ərazisində özəl xəstəxananın döyüş təyyarələri tərəfindən hədəf alındığını bildirdi.

"Rusiya təyyarəsi xəstəxanaya 4 dəfə hücum etdi. Bombardman nəticəsində xəstəxana tamamilə yararsız hala düşdü" deyən Zikre hücumda ən azı 3 mülki vətəndaşın həlak olduğunu, 7, və ya 8 vətəndaşın da yaralandığını qeyd etdi.

Zikre Maar Şurin ərazisində də yas mərasiminin bombalandığını, hücumda 4 nəfərin həlak olduğunu, 10 nəfərin də yaralandığını bildirdi.

İdlibdə mülki müdafiə əməkdaşı Mustafa əl-Həc də döyüş təyyarələrinin  Maaret əl-Numanın Maar Zeyta ərazisində təcili yardım maşınlarının yerləşdiyi nöqtəni hədəf aldığını bildirdi.
 
Ərazinin Maaret əl-Numan ilə Xan Şeyxun arasında olduğunu qeyd edən Həc hücumda 4 səhiyyə işçisinin həyatını itirdiyini söylədi.
 
Həc  mülki müdafiə dəstələrinin xilasetmə işlərinə davam etdiyini,, yaralı sayının hələ dəqiqləşmədiyini söylədi.

Әlaqәli Xәbәrlәr