Harim qəsəbəsinin Bsankul kəndinə vakuum bombası atılıb

Suriyanın şimal ərazilərində yerləşən İdlib və Homs şəhərlərinə bağlı qəsəbələrdə yaşayış binalarına aviahücum təşkil edilib. Aviazərbə nəticəsində 7-i uşaq olmaqla 13 dinc sakin həyatını itirib.

720890
Harim qəsəbəsinin Bsankul kəndinə vakuum bombası atılıb

İdlibdeki mülki müdafiə səlahiyyətlilərindən Mustafa Rəşidin məlumatına görə ötən gün gecə yerli vaxtla saat 23-də bir qırıcı, müxaliflərin nəzarətindəki Harim qəsəbəsinin Bsankul kəndinə iki vakuum bombası atıb. Bombardman zamanı 5-i uşaq, 3-ü qadın olmaqla 9 nəfər həyatını itirib. Dinc sakinlərin hədəf götürüldüyü hücumda çox sayda ev yerlə yeksan olub. Yaralanan 7 nəfər isə səhra xəstəxanalarında yerləşdirilib.

Digər tərəfdən, Bəşər Əsəd rejiminə məxsus olduğu ifadə edilən döyüş təyyarəsi, dünən gecə ölkənin orta ərazilərindəki Homs vilayətinin Telbise qəsəbəsini bombalayıb. Dinc sakinlərin yaşadıqları binaların hədəf götürüldüyü hücum zamanı 2-si uşaq, 2-i yeniyetmə olmaqla 4 nəfər ölüb. Çox sayda dinç sakin yaralanıb.



Әlaqәli Xәbәrlәr