Suriyada hәyata keçirilәn hava hücumu nәticәsindә 10 nәfәr hәlak olub

Suriyanın şərqində terror təşkilatı DEAŞ-ın  nəzarətindəki qəsəbəyə təşkil olunan hava hücumu nәticәsindә  10 nәfәr hәlak olub.

715386
Suriyada hәyata keçirilәn hava hücumu nәticәsindә 10 nәfәr hәlak olub

Suriyanın şərqində terror təşkilatı DEAŞ-ın  nəzarətindəki qəsəbəyə təşkil olunan hava hücumu nәticәsindә  10 nәfәr hәlak olub.

Müxalifәtin mәlumatına görә, hava hücumu ABŞ rәhbәrliyindәki koalisiya qüvvәlәri tәrәfindәn tәşkil edilib.

Suriya İnsan Haqları Rəsədxanasının mәlumatına әsasәn avia zәrbәlәr  Bukemal qәsәbәsinә endirilib.

Hava әmәliyyatı nәticәsindә DEAŞ-ın 3 üzvünün zәrәrsizlәşdirildiyi bildirilir.

Müxalifәt qüvvәlәri isә  hücum nәticәsindә  azı 4 binanın dağıldığını, çox sayda adamın xәsarәt aldığını bildirib.

Digәr tәrәfdәn Suriyanın İdlib vә Hәlәb şәhәrlәrinә tәşkil edilәn hücum nәticәsindә әksәriyyәti uşaq olmaqla 15 nәfәt hәlak olub.

Müxalifәt qüvvәlәrinin mәlumatına görә,  hücum  Rusiyaya mәxsus tәyyarәlәr tәrәfindәn törәdilib.



Әlaqәli Xәbәrlәr