Prezident olmaq üçün müraciət edənlərin sayı 860-ı keçdi

Müraciət edənlər arasında bir neçə əvvəlki nazirlərin, o cümlədən eks-prezident Mahmud Əhmədinejadın da adı var.

713096
Prezident olmaq üçün müraciət edənlərin sayı 860-ı keçdi

  İranda 19 mayda ediləcək prezident seçkiləri üçün namizədlərin müraciəti davam edir.

  Ölkə prezidenti Həsən Ruhani ikinci dörd illik dövr üçün ilk addımı atıb və namizədliklə bağlı müraciətini bildirib.

  Qeyd edək ki, Ruhani 11-ci prezident seçkilərində İtidal şüarı ilə 18 milyondan çox səs toplayaraq prezident seçilmişdi.

  19 mayda keçiriləcək prezident seçkilərinə namizəd ola bilmək üçün müraciət edənlərin sayı 860-nı keçib.

  Müraciət edənlər arasında bir neçə əvvəlki nazirlərin, o cümlədən eks-prezident Mahmud Əhmədinejadın da adı var.

  Çərşənbə axşamı günü başlayan prezident namizədlərinin qeydiyyatı 15 aprel tarixində sona çatır. Namizədlərin adları isə 26 apreldə açıqlanacaq.



Әlaqәli Xәbәrlәr