“Suriyaya istiqamətli aviahücumun tekrarı ciddi nəticə doğurar”

Amerika Birləşmiş Ştatlarının keçən həftə Suriyaya istiqamətli hücumunun təkrarı ciddi nəticələr doğurar. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

712807
“Suriyaya istiqamətli aviahücumun tekrarı ciddi nəticə doğurar”

Sergey Lavrov, Suriyalı həmkarı Vəlid Muallim və İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə bir araya gəlib. ABŞ-ın Suriya rejiminə məxsus Şayrat aviabazasına hücumundan sonra üç ölkə xarici işlər nazirləri arasında ilk dəfə üç tərəfli görüş baş tutub.

Xarici işlər nazirləri Lavrov, Müəllim və Zarif, Rusiyanın paytaxtı Moskvada keçirilən görüşdən sonra birgə mətbuat konfransı təşkil edib. Lavrov, ABŞ-ın Suriyaya istiqamətli hücumunu “təcavüzkarlıq aktı və beynəlxalq hüquq pozuntusu olaraq xarekterizə etdiklərini bildirib.

Vaşinqtonun Suriyanın suverenliyinə hörmətlə yanaşmasının lazım gəldiyi mözusunda Moskva, Dəmeşq və Tehranın həmfikir olduğunu ifadə edən Lavrov, 7 Apreldə törədilən hadisənin daha bir dəfə tekrar etməsinin regional və qlobal təhlükəsizlik baxımından ciddi nəticələr doğuracağını vurğulayıb.



Әlaqәli Xәbәrlәr