“ABŞ bilməlidir ki, hücumları cavabsız qalmayacaq", H.Dehkan

İran Müdafiə naziri Hüseyn Dehkan Amerika Birləşmiş Ştatlarının Suriyaya təkrar hücum edərsə, bunun qarşılığını ağır ödəyəcəyini bildirib.

710635
“ABŞ bilməlidir ki, hücumları cavabsız qalmayacaq", H.Dehkan

  İranın rəsmi agentliyi İRNA-nın xəbərinə görə, Müdafiə naziri Dehkan rusiyalı həmkarı Sergey Şoyguyla telefon danışığı zamanı ABŞ-ın Suriya hökumətinin hava limanını vurmasını “beynəlxalq qanunlara zidd hərəkət” adlandırıb və deyib: "Amerikalılar Suriyaya təkrar hücum edərsə, bunun qarşılığı ağır olacaq. ABŞ bilməlidir ki, hücumları cavabsız qalmayacaq."

  Xatırladaq ki, ABŞ ordusu Suriyanın İdlib bölgəsində hökumət ordusuna qarşı raket hücumu edib, Şərqi Aralıq dənizində olan gəmilərdən Şayrat Hava bazasına 59 bomba atıb.



Әlaqәli Xәbәrlәr