Kıbrıs müzakirələri iki aylıq fasilədən sonra yenidən başlayır

Kıbrıs (Kipr) probleminin həlli üçün aparılan danışıqlar iki aylıq fasilədən sonra yenidən başlayır.

709801
Kıbrıs müzakirələri iki aylıq fasilədən sonra yenidən başlayır

Kıbrıs (Kipr) probleminin həlli üçün aparılan danışıqlar iki aylıq fasilədən sonra yenidən başlayır.

Liderlər sammitindən əvvəl ŞKTR-nin prezidenti Mustafa Akıncı Birləşmiş Millətlər Təşkilatının baş katibinin Kıbrıs məsələləri üzrə şəxsi müşaviri Espen Barth Eide-i qəbul etdi.

Bir saatdan uzun sürən görüşdən sonra Espen Barth Eide jurnalistlərin suallarını cavablandırdı.

8 həftəlik fasilədən sonra danışıqların yenidən başlayacağını xatırladan Eide hər iki liderin həmfikir olacağı bir yol tapmağa ümid etdiklərini ifadə etdi.

Eide bütün mövzular müzakirə olunaraq, mübahisəli mövzularla bağlı bir körpü qurmağa çalışacaqlarını vurğuladı.

Eide itirilən zamanı kompensasiya etməyə və qarşılıqlı inamın yenidən yaradılmasına görə liderlərin məsuliyyət daşıdığını vurğuladı.

BMT-nin bu məsələyə hakimlik etmək niyyətində olmadığını ifadə edən Espen Barth Eide:"Bu prosesdə həll yolunu liderlərinin başçılığı ilə Kıbrıs xalqı tapacaq" dedi.

 

 

 



Әlaqәli Xәbәrlәr