Mosulda DEAŞ-ı hədəf götürən əməliyyatlarda 32 terrorçu məhv edilib

İraqın Mosul şəhərinin qərb bölgəsində terror təşkilatı DEAŞ-ı hədəf götürən əməliyyatlarda 3-ü təşkilat idarəçisi 32 terrorçu məhv edilib.

708984

İraqın Müdafiə Nazirliyinə bağlı Hərbi Kəşfiyyat Müdirliyi tərəfindən verilən bəyanatda beynəlxalq koalisiya qüvvələrinin Mosulun "El-İslah Ez-Zirai-El-Versan" bölgəsində terror təşkilatı rəhbərlərinin də yerləşdiyi DEAŞ-a məxsus bir mövqeyə hava hücumu təşkil etdiyi bildirilib.

Bəyanatda qeyd edilib ki, əməliyyatda aralarında Mərakeşdən, Səudiyyə Ərəbistanından və milliyyəti aşkarlana bilməyən DEAŞ-ın rəhbərlərindən birinin də olduğu 32 terrorçu öldürülüb.

Bu arada İttihadiye polis qüvvələrinə bağlı Sürətli Müdaxilə Qüvvələrində vəzifəli polis zabiti Xalid Süheyl Ən-Nasir şəhərin qərbində El-Qadimə bölgəsinə müxtəlif yerlərdən hücumların təşkil edilməsi üçün bütün hazırlıqların tamamlandığını söyləyib.

İraq qüvvələri Mosulun qərb bölgəsini DEAŞ-dan xilas etmək üçün 19 fevralda əməliyyat başlatmışdı.

Әlaqәli Xәbәrlәr