Rusiya ABŞ-a nota verdi

Rusiya Baş naziri Dmitri Medvedyev Amerika Birləşmiş Ştatlarının Suriyada hökumət hava bazasını vurmasına "qarşıdurmanın astanasına gəlindi" qarşılığını verib.

708504
Rusiya ABŞ-a nota verdi

   Medvedyev ictimai media hesabından paylaşdığı yazıda “Vaşinqtonun əsas düşməni DAEŞ deyil. O, Əsədlə mübarizə aparır” deyə bildirib.

  ABŞ-ın Suriya hökuməti hava bazasını vurmasını “beynəlxalq hüquqa zidd” adlandıran Medvedyev deyib:

  “Hərbi qarşıdurmanın eşiyinə gəlinib. ABŞ prezidenti Donald Trampın seçki əvvəli çıxışları ilə vəzifəyə gəldikdən sonrakı işləri bir-birilə uyğun gəlmir.”

  Bu arada, Rusiya Müdafiə Nazirliyi ABŞ-la Suriyada koordinasiyalı danışıq xəttini bu gündən etibarən dayandırdığını açıqlayıb.

  Nazirliyin sözçüsü İqor Konaşenkov bildirib:

  “ABŞ-ın Rusiya üzrə Səfirliyinin nümayəndəsi Nazirliyə çağırılıb, Rusiya Müdafiə Nazirliyi Moskva və Pentaqon arasında Suriyadakı əməliyyatlar zamanı uçuş təhlükəsizliyinin təmin edilməsiylə bağlı razılaşma öhdəliklərini 8 aprel 2017-ci il saat 00:00-dan etibarən dayandırdığına dair nota verib."



Әlaqәli Xәbәrlәr