Rusiya ABŞ-ın hərəkətiylə bağlı təcili toplantı etdi

Rusiya prezidenti Vladimir Putin Amerika Birləşmiş Ştatlarının Suriya hökumətinə aid hava bazasına təşkil etdiyi raket hücumundan sonra Təhlükəsizlik Şurasını toplayıb.

708104
Rusiya ABŞ-ın hərəkətiylə bağlı təcili toplantı etdi

  Kremldən verilən məlumata görə, Təhlükəsizlik Şurasının toplantısında Suriyadakı son proseslər ətraflı şəkildə dəyərləndirilib, ABŞ-ın hava zərbəsi "təcavüzkarlıq aktı" adlandırılıb, bu hərəkətin beynəlxalq hüquqa zidd olduğu bildirilib.

  Bu cür aqressiv hərəkətlərin beynəlxalq terrorizmlə mübarizəyə mənfi təsir edəcəyi və son proseslərin Rusiya-ABŞ münasibətlərinə zərər verdiyi vurğulanıb.

  Rusiya Təhlükəsizlik Şurasının yığıncağında Baş nazir Dmitri Medvedyev, Müdafiə naziri Sergey Şouqu, daxili və xarici kəşfiyyat xidməti rəisləri iştirak edib.



Әlaqәli Xәbәrlәr