Borbardman dövlət xəstəxanasını sıradan çıxardı

Yerli Koordinasiya Komitəsi döyüş təyyarələrinin Rusiyaya aid olduğunu bildirib.

704124
Borbardman dövlət xəstəxanasını sıradan çıxardı

  Suriyanın Türkiyə sərhədində müxalifətin idarəsində olan İdlib vilayətində bir xəstəxanaya hava hücumu olub.

  Bombardmanda 10 vətəndaş yaralanıb, xəstəxana isə yararsız vəziyyətə düşüb.

  Maret Numan rayonu mərkəzində xidmət göstərən Suriya dövlət xəstəxanası dünən Türkiyə saatıyla 19.00 radələrində döyüş təyyarələrilə vurulub.

  Yerli Koordinasiya Komitəsi döyüş təyyarələrinin Rusiyaya aid olduğunu bildirib.

  Qeyd edək ki, Maret Numan dövlət xəstəxanası keçən ilin fevralında da hava hücumlarına məruz qalmışdı.



Әlaqәli Xәbәrlәr