Kərkükdə bayraq böhranı davam edir
Kərkük Vilayət Məclisinin sədri Rebivar Tələbani İraq Məclisinin şəhərdəki dövlət orqanlarına yalnız İraq bayrağı asılması qərarının tətbiq edilməyəcəyini bildirdi.
Kərkük Vilayət Məclisinin sədri Rebivar Tələbani İraq Məclisinin şəhərdəki dövlət orqanlarına yalnız İraq bayrağı asılması qərarının tətbiq edilməyəcəyini bildirdi.
Rebivar Tələbani buna əsas olaraq İraq Federal Məhkəməsi tərəfindən Məclisdən alınan hər bir qərarın tətbiq olunma şərtinin qoyulmadığını göstərdi.
Tələbani İraq Kürd Muxtar Regionunun bayrağının Kərkükdə qaldırılmasının konstitusiyaya zidd olmadığı mövqeyini müdafiə etdi.
Qeyd edək ki. Bağdad rəhbərliyi İraq bayrağının yanına başqa bayraq asma səlahiyyətinin vilayət məclisində deyil, federal və mərkəzi hakimiyyətdə olduğunu açıqlamışdı.
İraq Məclisi Kərkükdəki rəsmi qurumlara yalnız İraq bayrağının asılmasına dair qərar qəbul etmişdi.
Әlaqәli Xәbәrlәr
“Qərb ölkələri genişmiqyaslı hərbi münaqişənin mümkün sayır”, S.Narışkin
Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) başçısı Sergey Narışkin bildirib ki ...